Menu

Bu ölkədən Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

15.09.2026, 13:15
Bu ölkədən Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb.

"AzPolitika"  xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur.

Yanvar-iyun aylarında ölkəyə daxil olan pul baratlarının məbləğinə görə ilk 5-likdə həmçinin Türkiyə (108,3 milyon ABŞ dolları, 23,35 % çox), ABŞ (46,5 milyon ABŞ dolları, 10,7 % az), İrlandiya (43 milyon ABŞ dolları, 7,35 dəfə çox) və Gürcüstan (25,5 milyon ABŞ dolları, 40,9 % çox) qərarlaşıb.

Hesabat dövründə Azərbaycandan xaricə köçürülmüş 207,8 milyon ABŞ dolları vəsaitin isə 58,5 milyon ABŞ dolları Türkiyənin payına düşüb. Bu, 1 il əvvələ nisbətən 14 % azdır.

6 ayda ölkədən xaric olan pul baratlarının məbləğinə görə ilk 5-likdə həmçinin ABŞ (29,9 milyon ABŞ dolları, 25,25 % az), Rusiya (19,9 milyon ABŞ dolları, 9,9 % az), Gürcüstan (11,7 milyon ABŞ dolları, 15,3 % az) və Böyük Britaniya (11,6 milyon ABŞ dolları, 5,7 % az) qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol