Hazırda bölgədə baş verən proseslər, təlatümlər və təhlükəsizlik çağırışları hər iki ölkəni narahat edir.
"AzPolitika" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.
"Yaxın Şərqdəki proseslər fonunda Türkiyə və Azərbaycanın birlikdə atacağı addımları bir daha müzakirə etdik. Eyni zamanda Vaşinqton görüşündən sonra regiondakı proses barədə də danışdıq. Bu koordinasiya və məsləhətləşmələrin davam etdirilməsini bir daha qarşılıqlı olaraq vurğuladıq", - nazir qeyd edib.
Ceyhun Bayramov həmçinin bildirib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı BMT və onun qurumları, TDT, İƏT, D8, ATƏT və bir sıra digər platformalarda çox böyük önəm kəsb edir.
Bundan başqa, nazir ikitərəfli görüşdə TDT-nin bu il Türkiyədə keçiriləcək Zirvə görüşünün də müzakirə edildiyini vurğulayıb:
"Bu təşkilat qardaş ölkələri birləşdirən bir ailə təşkilatıdır. Bu mənada, əlaqələrin inkişafı bütün ölkələr üçün əhəmiyyətlidir".


Şərhlər