Menu

PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏSİNDƏN AZAD ETDİ - Ayaz Əsgərov kimdir? - DOSYE

15.09.2026, 20:44
PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏSİNDƏN AZAD ETDİ - Ayaz Əsgərov kimdir? - DOSYE

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Ayaz Əsgərov 1964-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olub. Ali təhsillidir.

1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə işləyib.

2006-2011-ci illərdə Bakı şəhəri, Nəsimi Rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində, 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

19 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

Şərhlər

Prezidentini sevən 2026-09-19 21:04:49

Şəki üçün görəsən nə vaxt sərəncam veriləcəkdir ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol