TƏBİB-də kadr dəyişiklikləri və islahat prosesi davam edir.
“AzPolitika” Nocommet.az-a istinadən xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun əmri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva tutduğu vəzifədən azad edilib.
Onun yerinə hələlik təyinat yoxdur.
TƏBİB sədrinin daha bir əmrinə əsasən, Sumqayıt şəhər 2 saylı xəstəxananın baş həkimi Arzu Bəndəliyeva tutduğu vəzifədən uzaqlaşdırılıb.
Məlumata görə, o, 1 saylı şəhər xəstəxanasının uşaq poliklinikasına şöbə müdiri təyin edilib.
Fotoda: Dilbər Quliyeva

Fotoda: Arzu Bəndəliyeva



Şərhlər