Menu

Moskva, Rostov, Yaroslavl yenə hədəfdə - Bu obyektlər vuruldu + VİDEO

17.09.2026, 09:45
Moskva, Rostov, Yaroslavl yenə hədəfdə - Bu obyektlər vuruldu + VİDEO

ABŞ Prezidenti Donald Trampın optimist bəyanatlarına rəğmən, Rusiya ilə Ukrayna arasında “enerji atəşkəsi” heç cür baş tutmur. 

“AzPolitika” xəbər verir ki, ötən gecə Rusiyanın xüsusilə də Rostov-na-Donu və Yaroslavl şəhərlərindəki enerji infrastrukturuna və hərbi obyektlərə kütləvi PUA hücumu həyata keçirilib. Bu barədə sosial mediada çoxsaylı görüntülər və məlumatlar yayılıb.

Son məlumatlara görə, hədəf Yaroslavl neft emalı zavodu və Rostov-na-Donu Mərkəzi hərbi aerodromu olub.

Rostovda ilk partlayışlar təxminən gecə saat 1:00-da baş verib. Yanğının hərbi aerodromun şimal-qərb hissəsində baş verdiyi bildirilir.

Bu aerodrom hərbi nəqliyyat əməliyyatları, o cümlədən personalın və yüklərin daşınması üçün istifadə olunur. Məlumatda deyilir ki, hava hücumu səhərə qədər davam edib və vilayətin bir sıra rayonları elektriksiz qalıb.

Yaroslavl qubernatoru Mixail Evrayev də bölgəyə dron hücumunu təsdiqləyib. Ukrayna monitorinq kanalları buradakı Slavneft-YANOS neft emalı zavoduna hücum edildiyini bildirirlər. Mixail Evrayev də neft emalı zavoduna ziyan dəydiyini bildirib. O, zavodun ərazisində yanğınlar baş verdiyini və onların söndürüldüyünü qeyd edib.

Digər bölgələrin hakimiyyət orqanları da dron hücumları barədə məlumat veriblər. Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan altı dronun məhv edildiyini bildirib. Tula vilayətinin qubernatoru Dmitri Milyayev isə 12 dronun vurulduğunu və heç bir itki, dağıntı olmadığını bəyan edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol