Menu

ABŞ İranın “BitBank” kriptovalyuta birjasına sanksiya tətbiq edib

18.09.2026, 08:28
ABŞ İranın “BitBank” kriptovalyuta birjasına sanksiya tətbiq edib

ABŞ İranın “BitBank” kriptovalyuta birjasına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Amerika tərəfinin məlumatına görə, kriptovalyuta birjasına iranlı iş adamı və maliyyəçi Babək Zəncani nəzarət edir. Zəncani daha əvvəl ABŞ-nin sanksiya siyahısına daxil edilib.

Məhdudiyyətlər “BitBank” platformasının tərtibatçısı olan “Pishtaz Simorgh Electronic Trade Company” şirkətinə, həmçinin Zəncaniyə məxsus “Dot One” şirkətində fəaliyyət göstərən üç biznes tərəfdaşına da şamil olunub.

Sanksiyalar çərçivəsində adı siyahıya daxil edilən şəxslərin və şirkətlərin ABŞ yurisdiksiyasındakı aktivləri dondurulacaq. ABŞ vətəndaşlarına onlarla işgüzar əməliyyatlar aparmaq qadağan ediləcək.

Sanksiya siyahısına daxil edilmiş fiziki şəxslərin ABŞ-yə girişinə də məhdudiyyət qoyulacaq. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol