Menu

Zaur Mikayılov onlara yüksək vəzifə verdi - ADLAR

18.09.2026, 11:40
Zaur Mikayılov onlara yüksək vəzifə verdi - ADLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası yaradılıb və üzvləri təyin edilib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı Agentliyin sədri Zaur Mikayılov əmr imzalayıb.

Əmrə əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov Müşahidə Şurasının sədri təyin edilib. O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi rəhbərinin birinci müavinidir.

Müşahidə Şurasının digər üzvləri isə aşağıdakılardır:

İlqar Tapdıq oğlu Gülməmmədov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri;

Etibar Kərim oğlu Məmmədov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri;

Pərvin Ehtiram oğlu İsmayılov – Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktor müavini;

Elnur Rafael oğlu Allahverdiyev – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət müəssisələri ilə iş şöbəsinin müdiri.(Unikal)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol