Menu

İş axtaranların NƏZƏRİNƏ – Agentlik vakansiya elan etdi

18.09.2026, 18:10
İş axtaranların NƏZƏRİNƏ – Agentlik vakansiya elan etdi

Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması və uşaqların keyfiyyətli erkən inkişaf imkanlarına çıxışının genişləndirilməsi məqsədilə “Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları”na tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən namizədlərin qeydiyyatına başlanılır.

"AzPolitika" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, Tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya ümumi pedaqoji təcrübəyə malik mütəxəssislər, erkən yaşlı uşaqların inkişafına töhfə vermək istəyən təşəbbüskar şəxslər, eləcə də şəxsi mənzilində və ya digər müvafiq məkanda təlim qrupunun təşkilinə şərait yarada bilən namizədlər müraciət edə bilərlər.


Nəzərinizə çatdırırıq ki, müraciət edən şəxslərdən minimum tam orta təhsil səviyyəsi, uşaqlarla işləmək bacarığı və yüksək məsuliyyət hissi tələb olunur.

Namizədlər xüsusi təlim proqramında iştirak etməyə hazır olmalı, eyni zamanda təqdim edəcəkləri məkan təhlükəsizlik və sanitariya-gigiyena normalarına tam cavab verməlidir.

Bununla yanaşı, təlim qruplarının fəaliyyəti hər qrupda 4–8 nəfər uşaq olmaqla, həftədə 4 gün və gündəlik 2–2,5 saatlıq tədris rejimi əsasında təkil edilir. Tədris prosesi oyun əsaslı və məktəbəhazırlıq yönümlü keçiriləcək, qrupların fəaliyyəti isə mentor və metodist heyəti tərəfindən mütəmadi olaraq dəstəklənəcək və monitorinq ediləcək.

Qeyd edək ki, müraciət üçün son tarix 23 sentyabr 2026-cı il olaraq müəyyən edilib. Müraciət zamanı təqdim olunan məlumatlar qiymətləndirildikdən sonra növbəti mərhələyə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət üçün keçid: //forms.cloud.microsoft/r/r39WsgUFVa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol