Menu

“Onları ərazinizdən çıxarın!” - Rusiya Yaponiyadan tələb edir

18.09.2026, 21:22
“Onları ərazinizdən çıxarın!” - Rusiya Yaponiyadan tələb edir

Rusiya Xarici İşlər Nazirliyi Tokiodan Amerikanın “Typhon” raket buraxılış qurğularını Yaponiya ərazisindən çıxarmağı tələb edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında rəsmi məlumat dərc edilib.

Bu raketlər 1800 km-ə qədər mənzilli “Tomahawk” raketlərini və “SM-6” çoxməqsədli raketlərini (500 km-ə qədər) atmaq qabiliyyətinə malikdir. Onlar daha əvvəl ABŞ ilə birgə təlimlər çərçivəsində Kyuşu adasında yerləşdirilib.

Nazirliyin bəyanatında deyilir: "Yaponiya tərəfindən bu təcrübəni dayandırmaq və yuxarıda qeyd olunan sistemləri öz ərazisindən çıxarmaq tələb olunur".

Moskvanın fikrincə, Yaponiyada qısa və orta mənzilli raket sistemlərinin yerləşdirilməsi Rusiyanın milli təhlükəsizliyinə, eləcə də "regional sülh və sabitliyə" təhdid yaradır.

Moskva ilə Tokio arasında gərginlik Rusiya Prezidenti Vladimir Putinin avqust ayında Kuril adalarına, xüsusən də Yaponiyanın öz ərazisi kimi iddia etdiyi İturup adasına səfərindən sonra daha da artıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol