Menu

Belarusda vəziyyət ağırlaşır - Mərkəzi Bank uçot dərəcəsini 25%-ə yüksəltdi

09.01.2015, 09:59
Belarusda vəziyyət ağırlaşır - Mərkəzi Bank uçot dərəcəsini 25%-ə yüksəltdi

Belarusun Mərkəzi Bankı, uçot dərəcəsini 2011-ci ildən bu yana ilk dəfə artırıb.

Belarus Mərkəzi Bankı, uçot dərəcəsini 2011-ci ildən bu yana ilk dəfə artırıb və Rusiya böhranının təsirləri ilə mübarizə aparmaq, maliyyə sistemini sabitlikləşdirmək üçün digər təcili tədbirlərin görüləcəyini açıqlayıb.

Mərkəzi Bankın yaydığı açıqlamaya görə, yenidən maliyyələşdirmə faizi 5% bəndi artırılaraq 25%-ə çıxardılıb. Həmçinin Mərkəzi Bank ölkənin milli pul vahidində devalvasiyaya gedərək dollar qarşısında Belarus rublunun dəyərini 7% aşağı salıb və valyuta alışlarında tətbiq olunan 10%-lik ödənişi ləğv edib.

Requlyator yaydığı açıqlamada, "Mərkəzi Bank və hökumət, makroiqtisadi tarazlığı təmin etmək və ölkənin maliyyə və pul vahidi bazarlarındakı sabitliyi gücləndirmək üçün gələcəkdə də uyğun tədbirləri görməyə davam edəcək" ifadəsini istifadə edib

Bank, rublun dəstəklənməsi üçün valyuta ehtiyatlarının istifadəsinin məhdudlaşdırılacağını qeyd edib.

Qeyd edək ki, Belarus Azərbaycan ilə sıx iqtisadi əlaqədə olan ölkələrdən biridir.

Yenidən maliyyələşmə – Mərkəzi Bank tərəfindən digər kommersiya banklarının kreditlə təmin edilməsidir. Mərkəzi Banklar kommersiya banklarını və digər kredit təşkilatlarını kreditlə təmin edir, həmin kredit müəssisələri isə öz növbəsində adi vətəndaşlara (fiziki şəxslərə) və müxtəlif firma və təşkilatlara (hüquqi şəxslərə) kreditlər ayırırlar. Yenidən maliyyələşdirmə dərəcəsinin rəsmi adı “uçot dərəcəsidir”. Yəni Mərkəzi Bank kredit təşkilatlarına kreditləri məhz bu faiz dərəcəsi ilə verir. Hazırda Azərbaycanda bu rəqəm 3,5%-dir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol