Menu

Məmmədəli Mehdiyev dünya çempionu olub

20.09.2026, 22:24
Məmmədəli Mehdiyev dünya çempionu olub

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.

Bu barədə  Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarışın ilk günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında 1 qızıl və 3 bürünc medal qazanıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 30 cüdoçu ilə təmsil olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol