Göygöldə qətl hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Üçtəpə kəndində baş verib.
Belə ki, Gəncə şəhər sakini Mətləb Quliyev həyat yoldaşı Mehriban Quliyevanı bıçaqla qətlə yetirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma başlanılıb.


Şərhlər