Menu

Suriyada silah-sursat anbarında partlayışlar baş verib

21.09.2026, 08:15
Suriyada silah-sursat anbarında partlayışlar baş verib

Hələb vilayətinin cənubunda, Əl-Əys yaşayış məntəqəsi yaxınlığında Suriya ordusunun obyektlərindən birinin ərazisində yerləşən silah-sursat anbarında partlayışlar baş verib.

Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

Obyektdə əvvəlcə güclü, ardınca bir sıra digər partlayışlar qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, hadisə Suriyanın Müdafiə Nazirliyinə məxsus silah-sursat anbarında olub.

Davam edən partlayışlar xilasetmə və yanğınsöndürmə briqadalarının hadisə yerinə yaxınlaşmasına mane olur. Təhlükənin davam etməsi səbəbindən sakinlərə partlayışların baş verdiyi əraziyə yaxınlaşmamaq çağırışı edilib.

Hadisənin səbəbləri, eləcə də ölən və yaralananların sayı barədə hələlik məlumat daxil olmayıb. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol