Menu

Berlinin meri Türk ola bilər - Seçkini onun partiyası qazanıb

21.09.2026, 14:39
Berlinin meri Türk ola bilər - Seçkini onun partiyası qazanıb

Almaniyada ilk dəfə Türk əsilli siyasətçi paytaxt Berlinin meri olmağa çox yaxındır. 

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, dünən Berlin Deputatlar Palatasına keçirilən seçkilərdə 45 yaşlı Elif Eralpın rəhbərlik etdiyi Sol Partiya (Die Linke) tarixi irəliləyiş əldə edərək, ilk dəfə Almaniya paytaxtında birinci yeri tutub.

İlkin hesablamalara görə, Sol Partiya səslərin təxminən 25%-ni toplayıb (dəqiq rəqəmlər 24,9%-dən 25,7%-ə qədər dəyişir) ki, bu da 2023-cü illə müqayisədə demək olar ki, iki dəfə çoxdur. Bu partiya təxminən 19-20% səs toplayan Kansler Fridrix Mertsin Xristian Demokrat İttifaqını (CDU) rahatlıqla üstələyib.

Seçkidən sonra koalisiya uğurla formalaşarsa, Türk əsilli hüquqşünas və insan haqları fəalı olan Elif Eralp Berlinin miqrant kökləri olan ilk qadın meri olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol