BMT Təhlükəsizlik Şurası hələ də Baş katib vəzifəsinə namizədlə bağlı yekdil fikrə malik deyil.
“AzPolitika” xəbər verirki, bu barədə "New York Times" qəzeti diplomatlara istinadla məlumat yayıb.
Qəzet qeyd edir ki, bu vəzifəyə yeddi namizəddən heç biri liderliyi ələ ala bilməyib: "Baş katibin seçilməsi üçün məsul olan BMT Təhlükəsizlik Şurası hələ də yekdil fikrə gələ bilməyib".
BMT-nin növbəti Baş katibi olmağa namizədlər Qayanadan Karolin Rodrigez-Birkett, Kosta-Rikadan Rebeka Qrinspan, Argentinadan Rafael Qrossi, Ekvadordan Mariya Fernanda Espinosa, Seneqaldan Makki Sall, Uqandadan Olara Otunnu və Ekvadordan İvon Bakidir.
Hazırkı Baş katib Antonio Quterreşin ikinci və sonuncu səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatacaq.
“AzPolitika.info”


Şərhlər