Menu

Tarif Şurasının qərarına əməl etmədi - Xəta protokolu tərtib edildi

22.09.2026, 16:18
Tarif Şurasının qərarına əməl etmədi - Xəta protokolu tərtib edildi

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun əsasında tibbi şirkət olan "Azəri Med" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, adıçəkilən şirkət dərman preparatını Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi pərakəndə satış qiymətinin yuxarı həddini aşaraq satıb.

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə uyğun olaraq (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) pozuntu müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol