Menu

Azərbaycan nefti "bir damcı" bahalaşıb

09.01.2015, 10:58

27718783-digital-illustration-of-oil-pump-jack-and-growth-graph-with-dollarsAzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,54 dollar artaraq 1 barelə görə 49,33 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,37 dollar bahalaşaraq 51,33 dollar olub.

Yanvarın 8-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 52,24 dollara satılıb. Bu barədə fins.az-a Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib.

Bu, yanvarın 7-də qeydə alınmış qiymətdən 0,23 dollar çoxdur. Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol