Menu

“Kimin üçünsə dizel vacibdir” - Zelenskidən Trampa tikanlı eyham

23.09.2026, 12:30
“Kimin üçünsə dizel vacibdir” - Zelenskidən Trampa tikanlı eyham

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın telefon danışığı zamanı ondan Rusiya neft emalı zavodlarına zərbələri dünya bazarında dizelin qiymətini artırdığı üçün dayandırmasını istədiyini təsdiqləyib. 

“AzPolitika” xəbər verir ki, Zelenski bunu Qərb mediasına müsahibəsində bildirib.

Lakin Ukrayna Prezidenti Trampın bu təklifindən imtina etdiyini və zərbələri birtərəfli qaydada dayandırmayacağını deyib: "Kimin üçünsə dizel vacibdir, bizim üçünsə həyatlar vacibdir".

Bununla da Zelenski zərbələri birtərəfli şəkildə dayandırmaqdan imtina etməklə yanaşı, yanacaq qiymətlərinin artmasının Ukrayna üçün insan həyatlarının qorunmasından daha az vacib olduğunu bildirib.

Bu arada, Kiyev hesab edir ki, hazırkı qiymət artımı əsasən Hörmüz boğazı ətrafındakı böhranla bağlıdır. Digər yanadan, Ukrayna təklif edir ki, Moskva Ukraynanın enerji infrastrukturuna hücumları dayandırsın və Kiyev də öz növbəsində Rusiya neft emalı zavodlarına hücumları dayandıracaq.

Zelenski vurğulayıb ki, məhz Rusiyanın zərbələrinə son qoyulması qarşılıqlı enerji atəşkəsi üçün ilkin şərt olmalıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol