Menu

MMA əfsanəsi Həbiblə döyüşmək istəyir

07.11.2026, 14:15
MMA əfsanəsi Həbiblə döyüşmək istəyir

Rusiyalı MMA əfsanəsi Fyodor Yemelyanenko sabiq UFC çempionu Həbib Nurməhəmmədovla nümunəvi döyüş keçirməyə razı olduğunu bildirib.

"AzPolitika" xəbər verir ki, Yemelyanenko bu barədə TASS-a açıqlamasında danışıb.

O, Həbib Nurməhəmmədovun da razı olacağı təqdirdə belə bir qarşılaşmanın təşkilinin mümkün olduğunu deyib:

“Əgər Həbib nümunəvi döyüşə qarşı deyilsə, bunu təşkil etmək olar. Mən artıq razılığımı vermişəm. Qarşılaşmanın harada keçiriləcəyinə gəlincə, bunun üçün uyğun platforma tapmaq lazımdır. Bəlkə də növbəti dünya çempionatı çərçivəsində təşkil oluna bilər. Hələlik növbəti çempionatın keçiriləcəyi yer müəyyənləşdirilir”, – deyə o bildirib.

Qeyd edək ki, Fyodor Yemelyanenko və Həbib Nurməhəmmədov hazırda Daşkənddə keçirilən sambo üzrə dünya çempionatında iştirak edirlər.

MMA üzrə dünya çempionatı isə noyabrın 1-dən 7-dək Tbilisidə keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol