Menu

Bu yataq Azərbaycana 60 milyard dollar qazanıdırıb - Rəqəmlər AÇIQLANDI

07.11.2026, 13:46
Bu yataq Azərbaycana 60 milyard dollar qazanıdırıb - Rəqəmlər AÇIQLANDI

Bu gün Azərbaycanın müasir enerji tarixində müstəsna əhəmiyyətə malik "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan ilk neftin hasil edilməsindən 29 il ötür. 7 noyabr 1997-ci ildə başlanan bu tarixi proses Azərbaycanın iqtisadi inkişafında və enerji təhlükəsizliyində dönüş nöqtəsi olub.

“AzPolitika” xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış enerji eksperti İlham Şaban "bp" şirkətinin və Energetika Nazirliyinin məlumatları əsasında AÇG-nin flaqmanı olan "Çıraq" platformasının 29 illik fəaliyyəti ilə bağlı maraqlı təhlil aparıb.

Ekspertin hesablamalarına görə, AÇG blokunda hazırda istismarda olan 7 platforma içərisində "Çıraq" ölçülərinə və çəkilən kapital xərclərinə görə ən kiçiyidir. Lakin bu platforma çəkilən xərclər qarşılığında ölkəyə qazandırdığı gəlirlərə görə liderlər sırasındadır.

Belə ki, 29 ilərzində "Çıraq" platformasından 798 milyonbareldənbirqədər çoxnefthasiledilib. Energetika Nazirliyinin məlumatına əsasən, bu müddətdə platformadan 25 milyard kubmetr səmt qazı çıxarılıb.

Əgər hasilat dövründə neftin orta ixrac qiymətini təqribən 75 dollar/barel götürsək, onda yalnız "Çıraq" platforması ölkəyə təqribən 60 milyard dollara yaxın gəlir gətirib.

Qeyd edək ki, ötən 29 il ərzində bütün AÇG blokundan ümumilikdə 630 milyon tondan çox neft hasil edilib. Maraqlıdır ki, müqavilə imzalanan zaman ilkin hesablamalarda blokun ümumi ehtiyatının 511 milyon ton olduğu ehtimal olunurdu.

Bundan əlavə, AÇG-dən bu müddətdə 256 milyard kubmetrə yaxın səmt qazı çıxarılıb ki, bunun da 63 milyard kubmetrindən çoxu əmtəəlik qaza çevrilərək Azərbaycan tərəfinə təmənnasız təhvil verilib.

Xatırladaq ki, "Azəri-Çıraq-Günışli" (AÇG ) Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (35,3 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol