Menu

Qusarda meşədə qadın meyiti tapıldı - Saxlanılan var

24.09.2026, 14:57
Qusarda meşədə qadın meyiti tapıldı - Saxlanılan var

Qusar rayonunda meşədə meyit tapılıb.

"AzPolitika" xəbər verir ki, sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunun ərazisində Əvəcuğ kənd sakini, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində tanışı S.Həsənovanı bıçaqla öldürüb. Daha sonra meyitini idarə etdiyi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.

K.Seyidov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol