Menu

Əli Kərimli ÖMÜRLÜK HƏBS edilə bilər? - İstintaq bitdi

25.09.2026, 12:27
Əli Kərimli ÖMÜRLÜK HƏBS edilə bilər? - İstintaq bitdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"AzPolitika" "Qafqazinfo"ya istinadən xəbər verir ki, artıq iş materialları tanışolma üçün vəkillərə verilib.

Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.

İstintaq orqanı yaxın günlərdə topladığı dəlil və sübutları ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcək.

Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. AXCP sədri hazırda məhkəməsi gedən R.Mehdiyevin işində şahid qismində tanınıb.

Şərhlər

Doxdur Vatsın 2026-09-25 17:28:53

AXCP, əski DQMV sovetliyini-Qarabağı daha Öncədən 1987-2023cü illərdə Azərbaycandan ayırmağa çalışan millətçi, separat hərbi dəstəklənn erməni terroruna qarşı yaradılıb. separatçı erməni terrorbaşları bu günə qədər heç bir məsuliyyət-mühakiməyə cəlb edilməyiblər və elə son 19.09.2023 tarixində daha iki yüz nəfərə qədər azərbaycanlını məhv edənə qədər azadlıqda olublar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol