Argentinada futbol matçı zamanı ağır xəsarət alan gənc futbolçu Abel Nunyes vəfat edib.
"AzPolitika" xəbər verir ki, faciəvi hadisə Argentina Futbol Assosiasiyasının təşkil etdiyi gənclər turnirinin oyunlarından birində baş verib.
“Ezeiza” klubunun futbolçusu topu uzaqlaşdırmağa çalışarkən başından güclü zərbə alıb. Zərbənin təsirindən huşunu itirərək yerə yıxılan oyunçuya dərhal tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb.
Həkimlər gənc futbolçunun həyatını xilas etmək üçün əməliyyat keçirsələr də, bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə anının görüntülərini təqdim edirik:


Şərhlər