Menu

DÜNƏN İCRA BAŞÇISI İDİ, BU GÜN NAZİR OLDU - Foto +DOSYE

25.09.2026, 20:41
DÜNƏN İCRA BAŞÇISI İDİ, BU GÜN NAZİR OLDU - Foto +DOSYE

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edilib.

"AzPolitika" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında sentyabrın 25-də qərar qəbul edilib.

Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib, bu posta Ovni Mehbalı oğlu Muradov təyin olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

Qeyd edək ki, Ovni Muradov 1983-cü ildə Babək rayon Nehrəm kəndində anadan olub.

2004 - cü ildə Naxçıvan Dövlət Unversitetinin Tarix istiqamətinin tarix ixtisasını bitirib.

2002-ci ildə əmək fəaliyyətinə Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə təyin olunaraq başlayıb.

2014-cü ildə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb.

2016-2018-ci illərdə Babək rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2018-ci ildə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb.

2023-cü il sentyabr ayının 12-dən 2023-cü il oktyabr aynın 16-nadək Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra etmək ona həvalə edilmişdir.

2024-cü ilin aprel ayında Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edililmişdi.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol