Bir qədər əvvəl verilən məlumata görə, polis terrorçu qardaşların həbsi üçün hücuma keçib. Onların olduğu mətbəəyə qaz bombası atılıb.
Son məlumata görə Said və Şerif Kouachi qardaşlarının məətbədən çıxaraq polslərlə atışmaya girdiyi və bu zaman öldürüldüyü bildirilir. Onlar əllərindəki girovu sərbət buraxılıblar.
Fransa rəsmilərinin sözlərinə görə qardaşlar əməliyyatat başlamazdan əvvəl polisə atəş açmğa başlayıblar. Bu da onların təslim olmaq istəmədiyini, ölümü seçdiklərini göstərir.
Parisdə də əməliyyat başa catıb. Orda azı 6 nəfəri girov götürən 32 yaşlı Amedi Koulibali də öldürülüb. Həyat Bumeddyen adlı terrorçu qızın isə qaça bildiyi deyilir.
Atışma zamanı girovlardan azı 4-nün öldürüldüyü deyilir. Əməliyyatlar başa catıb.



----
Son məlumatlara görə, qardaşların 2 nəfəri öldürməsi, 20-dən artıq şəxsi yaralaması barəd məlumat təsdiq olunmur. Qaraşların sadəcə bir qadının maşını qəsb edərək, uzaqlaşdığı bildirilir.
Bir qədər əvvəl verilən məlumata görə, qardaşlar Parisin 50 kilmetr şimalındakı şəhərdəki kiçik bir mətbəəyə daxil olublar. Ətraf polis tərəfindən mühasirəyə alınıb. Əməliyyatda 3 min polis iştirak edir. Mətbəədə işləyən birinin dediyinə görə, qardaşlardan biri onunla əl verib görüşüb. Hətta onun idiasına görə, qardaşlar özlərini polis kimi təqdim edib. Və orda çalışanlara binanı tərk etməyi, sivil vətəndaşları öldürmək istəmədikləri bildiriblər. Onların əlində yalnız bir girovun olduğu bildirilir. Polisin bu girovun azadlığı üçün qardaşlarla "bazarlığa" başladığı deyilir.
Ancaq bu girovu azad etmək üçün nə şərt irəli sürdükləri bilinmir.
Ehtimal olunur ki, qardaşlar təslim olmaqdansa, polis tərfindən öldürülmələini və beləliklə də ətrafları tərəfindən şəhid kimi xatırlanmalarını istəyirlər.
Fransa mətbuatının məlumatına görə, artıq polislərlə telefon vaistəsilə danışan qardaşlar təslim olmayacaqlarını, şəhid olmaq istədiklərini bildiriblər.
-----------
Fransanın xüsusi xidmət orqanları və polisi dekabrın 7-də “Charlie Nebdo” satirik jurnalının redaksiyasına hücum edərək, 13 nəfəri öldürən, 10 nəfər isə yaralayan qardaşların izinə düşüb. "AzPolitika.info" Qərb mediasına istinadən xəbər verir ki, bu, teraktı həyata keçirən Said və Şerif Kouachi qardaşlarının Parisin Şimal-şərqində zavodlardan birinə daxil olaraq insanları gülləbaran etməsi və bir qrup şəxsi girov götürməsindən sonra baş verib.
Qardaşların bu dəfə 2 nəfəri yerindəcə öldürdüyü, 20-dən artıq şəxsi yaraladığı bildirilir. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Şahidlər bildirir ki, qardaşlar bu terror aktını bir qrup şəxsi girov kimi maşınlarına əyləşdirməyə məcbur etmək üçün həyata keçiriblər. Qadınlardan biri onlrın Said və Şerif Kouachi qardaşları olduğunu tanıyıb.
Onların Danmartin-en-golede şəhərində avtomobili oğurlayıb girolarla birlikdə 2-ci magistral yolla hərəkət etdiyi bildirilir. Fransanın xüsusi xidmət orqanları və polisi yerdən və havadan onları izləyir. Bütün telekanallar isə canlı yayıma keçib. Qardaşlarının məqsədi hələlik məlum deyil.
AzPolitika.info


Şərhlər