Menu

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... – Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29.09.2026, 13:18
EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... – Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

Son illər Polşa Azərbaycan vətəndaşlarının təhsil və işləmək üçün üz tutduğu əsas Avropa ölkələrindən birinə çevrilib. Daha yüksək əmək haqqı, Avropada təhsil imkanları və əmək bazarına çıxış azərbaycanlıların bu ölkəyə marağını artıran əsas amillər sırasındadır.

Mövcud məlumatlara görə, 2014-cü ildə Polşada 157 Azərbaycan vətəndaşı olduğu halda, 2024-cü ildə bu göstərici 5 230 nəfərə çatıb. Beləliklə, 10 il ərzində azərbaycanlıların sayı təxminən 33,3 dəfə artıb. Bununla yanaşı, bir sıra qeyri-rəsmi mənbələrdə Polşada yaşayan və işləyən Azərbaycan vətəndaşlarının ümumi sayının daha yüksək olduğu göstərilir. Qeyri-rəsmi hesablamalara görə, Polşada yaşayan, işləyən və müxtəlif hüquqi statuslarla ölkədə olan azərbaycanlıların sayı 10 min nəfərdən çoxdur.

Şübhəsiz ki, Polşaya işləmək və təhsil almaq üçün gedən azərbaycanlılar üçün isə gündəlik yaşayış xərcləri xüsusi əhəmiyyət daşıyır. Bu xərclərin əsas hissələrindən birini də ərzaq məhsullarına çəkilən vəsait təşkil edir.

Bəs Polşada gündəlik ərzaq səbəti Azərbaycandan nə qədər fərqlənir? Eyni məhsulları iki ölkədə almaq üçün nə qədər pul tələb olunur və bu məbləğ minimum əmək haqqının nə qədərini təşkil edir?

“AzPolitika”nın əməkdaşı bu suallara cavab tapmaq üçün Polşada ən geniş yayılmış, nisbətən ucuzluğu ilə bilinən supermarket şəbəkələrindən biri olan “Biedronka”dakı qiymətləri Azərbaycandakı eyni və ya oxşar məhsulların qiymətləri ilə müqayisə etməyə çalışıb. Polşadakı qiymətlər əvvəlcə bu ölkənni pul vahidi olan zlotı ilə göstərilib, sonra manatla verilib. 

Qeyd edək ki, mövcud minimum qiymətlər Bakıdakı "Bazarstore" və Polşadakı "Biedronka"dan götürülüb :

Məhsul Azərbaycanda Polşada ₼
Ananas 7,50 ₼/kq 7,99 zł/kq 3,53₼
Bibər yaşıl 1,30 ₼/kq 10 zl/kq 4,40₼
Bibər rəngli 6,00 ₼/kq 12,99 zł/kq 5,75₼
Banan 3,00 ₼/kq 6,99 zł/kq 3,09₼
Brokoli 8,70 ₼/kq 11,98 zł/kq 5,30₼
Pomidor 6,00 ₼/kq 11,98 zł/kq 5,30₼
Kartof 1,50 ₼/kq 1,99 zł/kq 0,88₼
Kök 1,40 ₼/kq 4,99 zł/kq 2,21₼
Soğan 1,00 ₼/kq 4,99 zł/kq 2,21₼
Xiyar 1,50 ₼/kq 8,99 zł/kq 3,98₼
Sarımsaq 6,00 ₼/kq 31,96 zł/kq 14,14₼
Badımcan 1,90 ₼/kq 9,99 zł/kq 4,42 ₼
Mal əti 19,00 ₼/kq 27,90 zł/kq 12,34₼
Qoyun əti 20,00 ₼/kq 50 zl/kq 20₼
Toyuq əti 7,00 ₼/kq 13,89 zł/kq 6,14 ₼
Toyuq filesi 10,70 ₼/kq 25,49 zł/kq 11,28₼
Zeytun yağı 12,00 ₼/l 49,98 zł/l 22,11₼
Qarğıdalı yağı 6,80 ₼/l 7,99 zł/l 3,53 ₼
Kərə yağı 22,70 ₼/kq 29,95 zł/kq 13,25₼
Un 1,20 ₼/kq 2,19 zł/kq 0,97 ₼
Makaron 1,90 ₼/kq 5,98 zł/kq 2,65 ₼
Bulqur 2,30 ₼/kq 8,23 zł/kq 3,64 ₼
Düyü 2,00 ₼/800 q 10,98 zł/kq 4,86 ₼/kq
Mərci 2,00 ₼/kq 9,98 zł/kq 4,42 ₼
Noxud 5,70 ₼/kq 16,23 zł/kq 7,18 ₼
Qarabaşaq 2,00 ₼/kq 7,48 zł/kq 3,31 ₼
Çay 3,00 ₼ 9,99 zł / 20 paket 4,42 ₼
Qəhvə 6,50 ₼ 31,99 zł / 500 q 14,1 ₼
Un 1,20 ₼/kq 2,19 zł/kq 0,97 ₼
Çörək 0,65 ₼ 2,99 zł / 500 q 1,32 ₼
Süd 2,60 ₼/l 3,49 zł/l 1,54 ₼
Pendir 10,00 ₼/kq 33,30 zł/kq 14,73 ₼
Xama 2,00 ₼ 23,95 zł/kq 10,60 ₼/kq
Şor 2,50 ₼ 14,95 zł/kq 6,61 ₼/kq
Qatıq 2,70 ₼ 7,48 zł/kq 3,31 ₼/kq
Kərə yağı 22,70₼/kq 29,95 zł/kq 13,25 ₼/kq
Yumurta 0,18₼/ədəd 1,35 zł/ədəd 0,60 ₼

Aparılan qiymət müqayisəsinə əsasən, qeyd olunan məhsulların Azərbaycanda alınması üçün təxminən 215 manat, Polşada isə 552 zlotı (244,08 manat) tələb olunur.

Qeyd edək ki, hazırda Polşada minimum aylıq əməkhaqqı 4 806 zlotı (2130 manat) təşkil edir. Bu məbləğ vergilər və digər tutulmalar nəzərə alınmamış brutto əməkhaqqıdır.

Elvin Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol