Rusiyadan 1 milyon rubldan çox Rusiya valyutası çıxarmaq qadağan edilir.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin yeni fərmanı dərc edilib.
Həmin fərmanla ölkədən nağd pulun çıxarılması ilə bağlı qaydalar daha da sərtləşdirilir və ölkədən 1 milyondan artıq Rusiya rublu çıxarılması qadağan olunur.
Yeni məhdudiyyətlər Avrasiya İqtisadi Birliyinin (AAİB) üzv dövlətlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana şamil edilir. Fərmanda həmçinin müəyyən şərtlər altında daha böyük məbləğlərin köçürülməsinə icazə verən bir sıra istisnalar yer alır.
Müəyyən MDB ölkələrinə 1 milyon rubldan çox nağd rublun ixracına qoyulan son qadağaya əlavə olaraq, Rusiyada fiziki şəxslər tərəfindən qiymətli əşyaların ixracına bir sıra sərt valyuta və gömrük məhdudiyyətləri mövcuddur. 2 mart 2022-ci il tarixindən etibarən, ümumi məbləğ adambaşına 10.000 dollar ekvivalentindən çox olduqda, Rusiyadan xarici valyutanın (ABŞ dolları və sair.) ixracı fiziki olaraq qadağandır.
“AzPolitika.info”


Şərhlər