Menu

-28 dərəcə şaxta olacaq - HAVA PROQNOZU

09.01.2015, 13:07

hava

Bakı və Abşeron yarımadasında yanvarın 10-da hava şəraiti dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-qərb küləyi arabir güclənəcək.

Gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə dumanlı olacağı gözlənilsə də, lakin cənub bölgəsində arabir yağıntılı olacağı gözlənilir.

Bölgələrdə cənub-qərb küləyinin əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Aran rayonlarında havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 23-28 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol