Menu

Yeni başçı kollektivə təqdim edilib - FOTO

30.09.2026, 09:54
Yeni başçı kollektivə təqdim edilib - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı kollektivə təqdim edilib.

"AzPolitika" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Oruc oğlu Əliyev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol