Menu

"İran ABŞ-dən dialoqun bərpası ilə bağlı təkliflər alıb" - Mühacirani

30.09.2026, 13:06
"İran ABŞ-dən dialoqun bərpası ilə bağlı təkliflər alıb" - Mühacirani

İranın xarici işlər naziri Abbas Əraqçi hökumətin iclasında Nyu-Yorka son səfərinin yekunları üzrə ABŞ-nin təkliflərini təqdim edib.

"Report" xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mühacirani sosial şəbəkələrdə bildirib.

"Hökumətin bugünkü iclasında xarici işlər nazirinin Nyu-Yorka səfəri və keçirilən silsilə görüşlər, o cümlədən Hörmüz boğazının açılması üçün İranın şərtlərinin vasitəçilər tərəfindən ABŞ-yə çatdırılması barədə hesabatı təqdim olunub. Həmçinin XİN başçısı ABŞ-dən təklif alındığını bildirib", - o yazıb.

Hökumət rəsmisinin sözlərinə görə, İran tərəfi bu məsələdə öz xalqının maraqlarına sadiq qalacaq.

"Düşmənin İranı təcrid etmək səylərinə baxmayaraq, İran nümayəndə heyəti diqqət və görüşlərin mərkəzindədir, Avropa ölkələri, Fars körfəzi ölkələri və digər dövlətlərlə çoxlu sayda görüşlər keçirilib və xarici siyasət sahəsində irəliləyiş üçün diplomatik fəallıq ardıcıl olaraq davam edir", - Mühacirani qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol