Menu

Ukrayna da bu silaha keçdi - Rusiyalı hərbçilər şikayət edir

30.09.2026, 17:48
Ukrayna da bu silaha keçdi - Rusiyalı hərbçilər şikayət edir

Ukrayna Müdafiə Qüvvələri Rusiyaya, eləcə də müvəqqəti işğal olunmuş ərazilərə reaktiv dronlardan istifadə edərək zərbələr endirməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya “Z kanallar”ı məlumat yayıblar.

Onların sözlərinə görə, bu yaxınlarda Luqansk vilayətindəki hədəflərə bu cür dronların kütləvi zərbəsi qeydə alınıb. Reaktiv dronlar həm də Rusiya ərazisinə hücum edib.

Bu PUA-ların sürəti saatda 600 ilə 800 km arasında dəyişir. Rusiyalı hərbçilər mobil qrupların bu cür dronları vura bilməməsindən şikayətlənirlər. Çünki onların sürəti adi PUA-lardan dəfələrlə yüksəkdir.

Qeyd edək ki, bundan öncə reaktiv PUA-lardan yalnız Rusiya istifadə edirdi. 28 sentyabrda bu PUA-lar Ukrayna Milli Elmlər Akademiyasının binasını vurmuşdu. Hücum nəticəsində ölən və yaralananlar oldu.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol