Menu

Fransada daha dəhşətli terror aktları hazırlanır - Livan kəşfiyyatı

09.01.2015, 13:47
Fransada daha dəhşətli terror aktları hazırlanır - Livan kəşfiyyatı

Livan kəşfiyyatı bir sıra islamçı qrupların Fransada terror aktları hazırladığına dair bu ölkə kəşfiyyatını əvvəldən xəbərdar edib.

APA-nın xəbərinə görə, bu barədə Livanda nəşr olunan “Əs-Səfir” qəzeti məlumat yayıb. “Bizim aldığımız informasiya göstərir ki, Fransa ərazisində yeni terror aktları hazırlanır, ola bilsin ki, onlar “Charlie Hebdo” jurnalına qarşı törədilən terrordan daha amansız olsun”, - deyə qəzetə məktub göndərən kəşfiyyat nümayəndəsi bildirib.

Terror aktlarının Suriyadan qayıtmış və ya Suriyadakı qruplaşmalarla bağlılığı olan silahlılar tərəfindən hazırlandığı güman olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol