Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) baş tutan Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib.
"AzPolitika" xəbər verir ki, təsdiqlənən yeni tərkibdə rəhbərlik səviyyəsində sabitlik qorunsa da, İdarə Heyətinin heyətində diqqətçəkən kadr dəyişiklikləri baş verib. Müqayisəli təhlil göstərir ki, 40 nəfərlik heyətdən 5 nəfər çıxarılıb, onların yerinə isə 5 yeni şəxs daxil edilib.
Siyahıdan çıxarılanlar (5 nəfər):
VasifTalıbov - Naxçıvan MRAliMəclisinin keçmiş sədri
Cavid Osmanov - Milli Məclisin keçmiş deputatı
Elşad Mirbəşiroğlu - Milli Məclisin keçmiş deputatı, politoloq
Ramin Məmmədov - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Rövşən Bayramov
Siyahıya yeni daxil olanlar (5 nəfər):
Ziyafət Əsgərov - Milli Məclisin deputatı, vitse-spiker
Hicran Hüseynova - Milli Məclisin komitə sədri
İmamverdi İsmayılov -keçmiş deputat
İlham Məmmədov - Milli Məclisin deputatı
Alqış Musayev - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru
"AzPolitika.info"


Şərhlər