Menu

“Niyə qaçırsınız?” - Lukaşenko Paşinyandan soruşdu

02.10.2026, 19:01
“Niyə qaçırsınız?” - Lukaşenko Paşinyandan soruşdu

"Əgər Avropa İttifaqına qoşulmaq qərarına gəlmisinizsə, hara tələsirsiniz? Konyak, tərəvəz və meyvələrinizin hara satılacağını dəqiq müəyyənləşdirmisinizmi? Hansı miqdarda?".

“AzPolitika” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.

Şura üzvü olan hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə Lukaşenko Ermənistanı konyak, tərəvəz və meyvələrini Avropa İttifaqına necə satacağını düşünməyə çağırıb.

"Əgər Fransanın sizin konyakınızı alacağına əminsinizsə, yaxşı, gedin. Amma onlar heç öz konyaklarını bilmirlər hara etsinlər. Niyə qaçırsınız? Niyə arabanı atın qabağına qoyursunuz?" - deyə Lukaşenko əlavə edib.

Qeyd edək ki, Minskdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasına getməyən Ermənistan Baş naziri Nikol Paşinyan tədbirə yalnız videokonfrans formatında qoşulub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol