Menu

"Kompüterimiz yoxdur" açıqlamasına AMEA prezidentindən reaksiya - VİDEO

02.10.2026, 15:13
"Kompüterimiz yoxdur" açıqlamasına AMEA prezidentindən reaksiya - VİDEO

"Nəsimi adına Dilçilik İnstitutunda milli dil korpusu layihəsini həyata keçiririk. Bunun üçün adi kompüter deyil, daha böyük tutuma malik olan superkompüterlər lazımdır".

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, yeni kompüter sifarişlər olunub:

"Şöbənin bütün əməkdaşlarının kompüteri var. Amma superkompüterləri sifariş vermişik və bu yaxınlarda olacaq".

Xatırladaq ki, Azərbaycanın Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri Məsud Mahmudov rəhbərlik etdiyi şöbədə dörd işçinin kompüterinin olmadığını və həmin əməkdaşların evdən notbuk gətirdiklərini qeyd etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol