Menu

İtaliyada düşərgədə yanğın olub - 10-dan çox insan xəsarət alıb

04.10.2026, 14:32
İtaliyada düşərgədə yanğın olub - 10-dan çox insan xəsarət alıb

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Hadisə səhər saatlarında Veneto regionunun Peskiera-del-Qarda şəhərində baş verib.

Məlumata görə, yanğın 20 mobil evə yayılıb. Onlardan 24-dən çox insan təxliyə edilib. Şahidlərin sözlərinə görə, hadisə zamanı partlayış səsləri eşidilib.

Yanğının başvermə səbəbi hələlik müəyyənləşdirilməyib.

Hazırda yanğının söndürülməsi davam edir. İşləri ərazidə mayeləşdirilmiş qaz balonlarının və nəqliyyat vasitələrinin olması çətinləşdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol