Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə təqsirləndirilən Ermənistan vətəndaşının işi üzrə ilk məhkəmə iclası noyabrın 12-də keçiriləcək.
“AzPolitika” xəbər verir ki, bu barədə məlumatı həmin şəxsin vəkili Teona Peradze açıqlayıb.
Onun sözlərinə görə, hazırda iş üzrə araşdırma davam etdirilir.
Daha əvvəl verilən məlumata görə, 40 yaşlı kişi sentyabrın sonundan 8 saylı penitensiar müəssisədə saxlanılır. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin əmlakı zədələməyə görə məsuliyyəti nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxsi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Peradzenin sözlərinə görə, onun müdafiə etdiyi şəxs hazırda ibtidai həbsdədir, iş üzrə istintaq davam edir.


Şərhlər