Nigeriyanın şimal-şərqində irimiqyaslı hərbi əməliyyatlara başlayan “Boko Haram” qruplaşması son həftə ərzində 16 şəhər və qəsəbəyə nəzarəti ələ keçirməyə müvəffəq olub. Döyüşlər zamanı ən azı 100 nəfər öldürülüb.
AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, ələ keçirilən yaşayış məntəqələrindən ən irisi ölkənin şimal-şərqində yerləşən ticarət mərkəzi - Baqa şəhəridir. Həmçinin bu şəhərdə hökumətə məxsus hərbi baza da “Boko Haram” qruplaşmasının əlinə keçib.
Nigeriyada islam qanunlarının bərqərar olunmasını qarşıya məqsəd qoyan qruplaşma son zamanlar qonşu ölkələrdə – Kamerun və Çad ərazilərində də hərbi əməliyyatlar keçirir.


Şərhlər