Menu

Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?

06.10.2026, 13:52
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?

Abşeron rayonunun Nübar qəsəbəsində yolların bərbad vəziyyəti sakinlərin narazılığına səbəb olub.

"AzPolitika" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Sakinlərin sözlərinə görə, bir çox küçədə asfalt yoxdur. Yağışlı havalarda yollar palçığa çevrildiyindən həm piyadaların, həm də avtomobillərin hərəkəti çətinləşir. Taksi və təcili tibbi yardım maşınlarının əraziyə daxil olması da problem yaradır.

Bildirilib ki, çala-çuxurlar şəxsi avtomobillərə də zərər vurur. Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə olmadığını deyirlər. Onlar heç olmasa yolların xırda daşlarla bərkidilməsini istəyirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol