“İndi müəllimlərin əməkhaqqı mənim dövrümə nisbətən hiss olunacaq dərəcədə artıb və ilbəil artmaqda davam edir”
“AzPolitika” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində keçmiş təhsil naziri Misir Mərdanov deyib.
O, bildirib ki, Azərbaycanda təhsilin bugünkü vəziyyətini tam obyektiv qiymətləndirə bilməz:
“Çünki xeyli müddətdir təhsil sistemindən ayrılmışam. Ancaq hər halda kənardan da olsa, apardığım müşahidələrin nəticəsində onu söyləyə bilərəm ki, təhsil hər bir dövlətin ən ağır, ən geniş və ən mürəkkəb sahəsidir. Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq.
Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi. Bu gün həmin məsələ yavaş-yavaş, hissə-hissə öz həllini tapmaqdadır. Məktəb direktorlarının əməkhaqqı da artıb. Bu da çox yaxşı işdir”.


Şərhlər
Niye biz müəllimələri valideynin ayağına verib əziyyət çəkib oxuduğumuz peşəni əlimizdən alırlar bəzi valideyinlər mən haqqımı tələb edə bilmədim niyəəəə
Sabiq Nazirdən çox maraqli-mülayim münasibət. Ana Vətən, Cəmiyyət deyəndə özəlliklə nisbi də olsa adekvat ədalət ilkin prinsipdir. Baxça təlim-tərbiyəsi, tamam-kamal orta və ali-universitet təhsili cəmiyyətin sması-tərəqqisidir! Bunun üçün yüz milyarda yaxın modern texniki vasitə cəlb etmiş səhiyyə kimi maarif və müəllimlər də imkanlı, tam təminatlı olmalıdırlar.