Menu

Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava - VİDEO

06.10.2026, 11:35
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava - VİDEO

Ermənistan parlamentində Vətəndaş Müqaviləsi Partiyası və "Güclü Ermənistan" fraksiyasının deputatları arasında əlbəyaxa dava baş verib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, gərginlik, spiker Ruben Rubinyanın parlament rəhbərliyini dövlət vəsaitlərini mənimsəməkdə günahlandıran müxalif "Güclü Ermənistan" fraksiyasının üzvü Edqar Kazaryanın çıxışını kəsməsindən sonra yaranıb. Rubinyan Kazaryanın nitqinin gündəlikdən kənar olduğunu bildirərək, ona sözünü bitirməyə imkan verməyib. Bundan sonra Vətəndaş Müqaviləsi Partiyasının deputatı Vahe Qalumyan yerindən qalxaraq münasibətləri aydınlaşdırmağa cəhd edib.

O, "Güclü Ermənistan" təmsilçisi Vaginak Vartanovu bir neçə dəfə itələyib və nəticədə insident qaçılmaz olub. Spiker Ruben Rubinyan fasilə elan edib, təhlükəsizlik əməkdaşları məsələyə müdaxilə etməli olublar. Vəziyyəti qısa müddətdə sakitləşdirmək mümkün olmayıb. Deputatlar mübahisəni dəhlizdə, söz atışması şəklində davam etdiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol