Sosial mediada Türkmənistanın Milli Lideri – Arkadag titulunu daşıyan Qurbanqulu Berdiməhəmmədovun yer aldığı yeni video maraqla qarşılanıb.
“AzPolitika” xəbər verir ki, Berdiməhəmmədovun böyük stadionda at belində hərəkət edərkən ardınca gələn xüsusi karetada müğənninin onu vəsf edən mahnıları canlı oxuması müzakirələrə səbəb olub.
Təntənəli at gəzintisinə çıxan Arkadağı xüsusi bəzədilmiş arabada vokalist qadın müşayiət edib və o, səsgücləndiricilər vasitəsilə hökmdarı, eləcə də onun oğlu, hazırkı Prezident Sərdar Berdiməhəmmədovu vəsf edib. Stadiona gətirilən vətəndaşlar isə bu mənzərəyə ayaq üstə əl çalıb…
Video mübahisələrə və internetdə qızğın müzakirələrə səbəb olub. İnsanlar bu görüntüləri müasir sivilizasiyanın hələ də şəxsiyyətə pərəstiş kultundan qurtara bilıməməsinin növbəti nümunəsi kimi qəbul edirlər. Bəziləri isə iddia edir ki, hətta Şimali Koreya başçısı Kim Çen In belə bu dərəcədə ifrata varmır…
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər