TRIPP-in inşasına 2027-ci ilin əvvəlində başlanacaq.
"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan bildirib.
O, layihənin tikintisinə 2027-ci ilin əvvəlində başlanılacağını qeyd edib.
“Layihənin son bir ildə necə inkişaf etdiyini və hansı nailiyyətlərimiz olduğunu görsək, deməliyəm ki, bu miqyaslı bir layihə üçün olduqca ciddi nəticələrimiz var. Bildiyiniz kimi, hazırda araşdırma aparılır, düşünürəm ki, yaxın bir-iki ay ərzində nəticələr yekunlaşdırılacaq. Bundan sonra, 2027-ci ilin əvvəlində, güman edirəm ki, biz real addımları görə biləcəyik”, - səfir qeyd edib.
Səfirin sözlərinə görə, təməlqoyma mərasimi gələn ilin əvvəlində baş tutacaq:
“Biz artıq bütün mərhələləri keçmişik, həm bizim tərəfimizdən çoxsaylı nümayəndə heyətləri, həm də Vaşinqtondan idarələrarası görüşlər olub və indi layihə praktiki icra mərhələsinə çatıb. Düşünürük ki, təməlqoyma mərasimi gələn ilin əvvəlində baş tuta bilər”.


Şərhlər