Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yaşanan problem barədə məlumat verilib.
"AzPolitika" xəbər verir ki, adıçəkilən küçədən gələn avtomobillər 1.11 xəttinin tələbinə uyğun olaraq birbaşa metronun "Gənclik" stansiyası tərəfdən gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxmalıdır.
Bu isə həm avtobusların qarşısını kəsmək deməkdir, həm də qəza şəraitinin yaranmasına səbəb olur.
Bildirilib ki, Atatürk prospektindən sağa - Həsən Əliyev küçəsinə dönmək istəyən sürücülər də eyni qaydada kəskin şəkildə manevr etməyə məcbur olurlar. Yaxşı olardı ki, prospektə çıxışda ictimai nəqliyyat zolağının heç bir əhəmiyyət daşımayan bu kiçik hissəsi avtomobillər üçün sürətlənmə zolağı kimi müəyyən edilsin.
Yəni avtomobillər qaydanı pozmadan, qanunun icazə verdiyi şəkildə soldan gələn nəqliyyat axınına məhz bu zolaq vasitəsilə qoşulsunlar. Digər tərəfdə də 1.11 xəttinin daha əvvəldən çəkilməsinə ehtiyac var.

Şərhlər