Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Şuşada mətbuata bəyanatlarla çıxışı zamanı Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini oxuyub.
Ərdoğanın sözlərinə görə, çıxışının sonunda Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirməyə bilməz:
“Birdir bizim hər halımız
Sevincimiz - məlalımız.
Bayraqlarda hilalımız.
Azərbaycan-Türkiyə!”
Ərdoğan həmçinin Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.


Şərhlər