Menu

Bakıda marşrut avtobusu ağaca çırpıldı - VİDEO

09.11.2026, 11:30
Bakıda marşrut avtobusu ağaca çırpıldı - VİDEO

Bakı Suraxanı rayonunda 184 nömrəli marşrut avtobusu ağaca çırpılıb.

"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, 77-JM-499 dövlət nömrə nişanlı 184 saylı marşrut avtobusu idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Sərnişinlərin sözlərinə görə, qəzaya səbəb sürücünün anidən huşunu itirməsi olub:

"Sürücü normal sürətlə avtobusu idarə edirdi. Səhhətində sanki nəsə problem var idi. Anidən huşunu itirdi. Nəticədə avtobusun idarəetmədən çıxaraq ağaca çırpıldı. Xoşbəxtlikdən heç kim xəsarət almadı".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol