Menu

Əbu-Dabidəki üçtərəfli görüşün ilk günü başa çatdı - Umerovdan AÇIQLAMA

10.11.2026, 19:43
Əbu-Dabidəki üçtərəfli görüşün ilk günü başa çatdı - Umerovdan AÇIQLAMA

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ukrayna münaqişəsinin həlli ilə bağlı diplomatik görüşlərə başlanılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov “Telegram” kanalında məlumat verib.

Məlumarda qeyd olunub ki, ilk görüş Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilə keçiriləcək. Görüşə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qatılacaqlar.

"Görüşdə növbəti danışıqlar mərhələsindən əvvəl tərəflərin mövqelərinin razılaşdırılması və addımların əlaqələndirilməsi nəzərdə tutulur. Bundan sonra Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcək", - deyə, bildirilir.

Umerov qeyd edib ki, Ukrayna nümayəndə heyətinin tərkibində Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa və Vadim Skibitski də yer alırlar: “Ukrayna tərəfi danışıqlarda əsas prioritetlərin hərbi əməliyyatların dayandırılması, müharibədən sonrakı etibarlı təhlükəsizlik təminatları, ölkənin iqtisadi bərpası və inkişafı, eləcə də humanitar məsələlər olduğunu açıqlayıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol