Menu

Ukrayna və Rusiya əsir mübadiləsi barədə razılığa gəliblər

10.11.2026, 20:14
Ukrayna və Rusiya əsir mübadiləsi barədə razılığa gəliblər

Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.

Bu barədə Azadlıq Radiosunun Ukrayna xidməti Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, genişmiqyaslı mübadilənin yaxın gələcəkdə baş tutacağı gözlənilir.

Qeyd edək ki, bu gün Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqları keçirilib. Danışıqların birinci günü 4 saatdan çox davam edib. Üçtərəfli görüşün noyabrın 11-də davam etdiriləcəyi bildirilib. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol