Menu

Maskın hava gəmisi partladı – VİDEO

29.09.2026, 11:09
Maskın hava gəmisi partladı – VİDEO

İlon Maskın “SpaceX” şirkəti “Starship” kosmik gəmisini ilk dəfə Yer kürəsinin aşağı orbitinə çıxararaq 26 yeni nəsil “Starlink” rabitə peykini orbitə yerləşdirib. “AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, hava gəmisinin missiyası uğurla yerinə yetirilsə də, onun geri dönüşü qəza ilə başa çatıb.

Uçuş zamanı mühərrikdəki nasazlıq səbəbindən missiyanın müddəti yeddi saat qısaldılıb. Gəmi Meksika körfəzində idarə olunan eniş həyata keçirməli idi. Lakin eniş edərkən yanı üstə çevrilib və partlayıb.

“Starship” daha sonra bütün 26 “Starlink V3” peykini təxminən 269 kilometr hündürlükdə yerləşdirildiyini bəyan edib. İlon Mask peyklərin normal işlədiyini təsdiqləyib. Şirkətin məlumatına görə, yeni nəsil “Starlink” peykləri əvvəlki “V2 Mini” peyklərindən on dəfə çox məlumat ötürməyə qadirdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol