Menu

Nazir oldu, həbs edildi - Hazırda müəllim işləyir

29.09.2026, 11:42
Nazir oldu, həbs edildi - Hazırda müəllim işləyir

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb.

"AzPolitika" "TodayPress TV"yə istinadən xəbər verir ki, S.Müslümov bundan əvvəl, 2019-cu ildə akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Səlim Müslümov 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri, 2013-2018-ci illərdə isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrində çalışıb.

İqtisad elmləri doktoru olan keçmiş nazir 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvətalma ittihamları ilə həbs olunub.

İstintaq müddətində dəymiş ziyanın böyük hissəsini ödəməsi və səhhətindəki problemlər nəzərə alınaraq S.Müslümov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol